Advertisement

“Avrasiyasnın Arteriyaları” kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun cənab
Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr etdiyi
Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqında
yazdığı və materikin 30-dan çox dəhlizini əhatə edən“Avrasiyanın
Arteriyaları” adlı kitabının Azərbaycan Dövlət İqtisad
Universitetində ictimaiyət üçün təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, təqdimatda İqtisad Universitetinin
rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər
şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media
nümayəndələrivə digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edənlərölkə rəhbərinin dəhliz strategiyasının
bütün kompanentləri ilə ictimaiyyətə təqdim edilməsi baxımından bu
kitabın böyük əhəmiyyətindən danışıblar.

Eyni zamanda bildirilmişdir ki, kitabda Ümummilli lider Heydər
Əliyevin və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan
10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal
geosiyasətin əsas kompanentinə necə çevrildiyinin detalları kitabın
müəllifi tərəfindən incəliklə təqdim edilib.

Həmçinin, çixış edənlər kitabın ciddi əhəmiyyətindən və
maarifləndirmə işlərində oynayacağı roldan danışmış,dəhlizlərin
texniki-iqtisadi və digər göstəricilərinin dəqiq ifadə edildiyinə
görə onun ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilə
biləcəyini vurğulayıblar.

Tədbirdə iştirak edən natiqlər 30-dan artıq dəhlizə dair
məlumatların, təhlil və proqnozların bir kitabda öz əksini
tapmasının nadir hal olduğunu bildiriblər.

Qeyd edək ki,“Avrasiyanın Arteriyaları” kitabında müəllif
tərəfindən ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin
Avrasiyanın dəhlizləri uğurunda apardığı mübarizə və bu mübarizənin
yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən və məhvi
planlaşdırılan dəhlizlər haqqında, eləcə də onların gələcəyinə dair
təhlil və proqnozlar verilmişdir.

Həmçinin Avrasiya materikinin 30-dan çox nəqliyyat-kommunikasiya
və enerji dəhlizlərinin hər birinin tarixi, marşrutları,
texniki-iqtisadi parametrləri və onların gələcəyinə dair geniş
təhlillər öz əksini tapmışdır.

Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq
doğuracağı gözlənilir.