Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan bu il noyabr ayında
Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyəcək.
Trend xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli
Baqdasaryan yerli KİV-ə deyib.
“Belə bir səfər planlaşdırılmayıb”, – o deyib.
Qeyd edək ki, bu yaxınlarda bəzi Ermənistan KİV baş nazirin
COP29 tədbirində iştirak etmək üçün Azərbaycana səfər edəcəyi
barədə məlumat yaymışdı.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.





























