Advertisement

COP29 əməkdaşlığın genişləndirilməsi və “yaşıl” enerjiyə keçidə böyük töhfə verəcək – Tənzilə Narbayeva

Bakı. Trend:

Bilirsiniz ki, Azərbaycanda COP29 tədbiri keçiriləcək. Bu
mötəbər tədbir bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və
“yaşıl” enerjiyə keçidə böyük töhfə verəcək.

Trend-in məlumatına görə, bunu Özbəkistan Respublikası Ali
Məclisi Senatının Sədri Tənzilə Narbayeva TÜRK PA-nın Bakıda
keçirilən “Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail
olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü Plenar iclasında
çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkələrimiz iqlim dəyişikliyinə qarşı birgə
mübarizə aparmalıdır.

“Bir birgə elmi araşdırmalar aparmalıyıq, ekoloji problemlərin
həllində birgə səylərimizi göstərməliyik”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Parlament Assambleyasının
(TÜRKPA) 13-cü iclası keçirilir. İclasda Milli Məclisin sədri
Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan
Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri
Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri
Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının
sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR)
Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin
müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq
təşkilatlarının nümayəndələri iştirak edir.