Advertisement

Əlahiddə Ümumqoşun Orduda təlim-metodiki toplantı keçirilib

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və
müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Təlim-metodiki toplantıda ilk olaraq zabitlərə sıra baxışı
keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb.
Toplantıda əsas diqqət taktiki, atəş, fiziki, sürücülük,
artilleriya, mühəndis və sıra hazırlığından praktiki nümayiş
məşğələlərinin planlaşdırılaraq keçirilməsinə yönəldilib.


Trend
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən
bildirilib.

Zabitlərin nəzəri biliklərinin, praktiki vərdişlərinin
təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında
bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən
məşğələlərdə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin
vacibliyi, idarəetmədə ola biləcək problemlər və onların həlli
istiqamətində suallar işlənilib.

Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan
heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da
artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə
uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi
barədə tapşırıqlar verilib.