
Bakı. Trend:
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin
iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” birgə
təlimi davam edir.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, təlimin planına
uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma
vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin
yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər.
Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri
sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.
Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə
yetirilib.





























