Advertisement

“Formula-1″in təqvimi genişlənməyəcək – Trend.Az

Bakı. Trend:

“Formula-1”in cari mövsümü 24 Qran-Pridən ibarətdir.

Trend İdman.biz
istinadən xəbər verir ki, getdikcə daha çox ölkə mərhələnin
keçirilməsinə maraq göstərsə də, təşkilatçılar yarışların sayını
artırmayacaqlar.

Bunu “Liberty Media” icraçı direktoru Qreq Maffei açıqlayıb: “Bu
il biz Çində əla yarış keçirdik. Biz Cənub-Şərqi Asiyada irəliləmə
imkanlarını görürük. Tailand, İndoneziya və Cənubi Koreya
“Formula-1”in mərhələsinə ev sahibliyi etməyə maraq göstərir. Bəs
indi bütün bu yarışları keçirə bilərikmi? Xeyr, çünki 24
Qran-Pridən ibarət təqvimlə məhdudlaşırıq.

Hazırkı müqavilə mərhələlərin sayını 25-ə qədər artırmağa imkan
verir. Amma razılaşdıq ki, mərhələlərin sayında 24-ü aşmayaq. Eyni
zamanda, biz tarixi treklər və yeni yarışlar arasında düzgün balans
tapmağa çalışırıq. “Formula 1” və bizim üçün hər şey yaxşı
olacaq”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də baş
tutacaq.