
Bakı. Trend:
Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci
sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan
ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat
verilib.
Qeyd edilib ki, süni şagird sıxlığının qarşısını almaq üçün
ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil
müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar
övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə
biləcəklər.
“Daimi qeydiyyat ünvanı olmayan valideynlərə şagird sıxlığı
olmayan məktəbləri seçmək imkanı yaradılacaq.
I sinfə elektron qeydiyyat prosesi ilə bağlı ilk dəfə olaraq bu
ildən məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb.
I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra
hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq
müəyyənləşdirilib”, – deyə əlavə edilib.





























