Bakı. Trend:
Türkiyənin Bursa şəhərində yol-nəqliyyat hadisəsi olub.
Trend-in
məlumatına görə, qəza Nilüfer mahalında qeydə alınıb.
İşıqforun qadağanedici işığında hərəkət edən yük maşını işçiləri
daşıyan avtomobillə toqquşub.
Hadisə yerinə çox sayda həkim, xilasetmə və polis qrupları cəlb
edilib. Qəzada xəsarət alan səkkiz nəfər xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.





























