Advertisement

Bayden Fransada Zelenski ilə görüşəcək

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden iyunun 7-də Fransada ukraynalı həmkarı
Volodimir Zelenski ilə görüşəcək.

Trend-in
məlumatına görə, bu barədə Ağ Evdən bildirib.

Bayden Normandiyada desantının 80 illiyi ilə bağlı yubiley
tədbirlərində iştirak etmək üçün Fransada səfərdədir.

ABŞ lideri Zelenski ilə Parisdəki “InterContinental Paris Le
Grand Hotel”də görüşəcəklər.

6 iyun 1944-cü ildə Britaniya, ABŞ və Kanada hərbi birləşmələri
Normandiya sahillərinə çıxmaqla Fransa ərazisinə girmiş
oldular.

Bu, şimal-qərbi Fransanın müttəfiqlər tərəfindən ələ
keçirilməsini nəzərdə tutan strateji “Overlod” əməliyyatının
birinci mərhələsiydi.