
Bakı. Trend:
Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyin edilib.
Trend xəbər verir ki, ədliyyə
nazirinin müvafiq əmri ilə Vüqar Ağayev Probasiya xidmətinin rəisi
təyin edilib.
Qeyd edək ki, Vüqar Ağayev 1980-ci ildə anadan olub. 2001-ci
ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə
bakalavr dərəcəsi ilə, 2004-cü ildə isə magistr dərəcəsi ilə
bitirib.
O, 2002-2006-cı illərdə Bakı şəhəri Nizami rayon məhkəmə
nəzarətçiləri və məhkəmə icraçıları şöbəsində böyük məhkəmə
icraçısı (probasiya üzrə) vəzifəsində çalışıb. Vüqar Ağayev
2006-2013-cü illərdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və
ictimaiyyətlə əlaqələr idarəsində müxtəlif vəzifələrdə,
2013-2021-ci illərdə isə Nazirliyin Təşkilat–nəzarət baş idarəsində
baş məsləhətçi vəzifəsində işləyib.
Vüqar Ağayev bərpaedici ədliyyə sahəsində nüfuzlu qurumlardan
biri olan Avropa Bərpaedici Ədliyyə Forumunun (European Forum for
Restorative Justice-EFRJ) üzvüdür.
O, Probasiya xidmətinin rəisi təyin edilənədək Ədliyyə
Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis
müavini vəzifəsində çalışıb.





























