
Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki
məktəblərin buraxılış siniflərini 72 782 şagird bitirir.
İdarədən Trend-ə verilən
xəbərə görə, 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki
ümumi təhsil müəssisələrinin IX siniflərini 43 664, XI siniflərini
28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi
sinifləri) 125 nəfər bitirir.
Paytaxtda 42 070 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil
məktəblərində 505 372 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29
767 müəllim fəaliyyət göstərir.
2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil
məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 530
uşaq cəlb olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi
fəaliyyət göstərir.





























