Bakı. Trend:
Rusiyanın “Utair” aviaşirkəti iyunun 22-dən Moskvadan Lənkərana
uçuşları başladır.
Trend bu
barədə aviaşirkətin məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, uçuşlar şənbə günləri, Moskvadan uçuşlar saat
17:00-da, Lənkərandan saat 22:50-də olmaqla həyata keçiriləcək.
Uçuş müddəti 3 saat 40 dəqiqə olacaq.
“Bu yay xarici turizm marşrutları: Antalya, Bakı, İrəvan,
Səmərqənd və digər istiqamətlər üzrə proqramı əhəmiyyətli dərəcədə
genişləndirmişik. İndi isə biz “Utair” üçün yeni istiqamətə –
Lənkərana uçuşlara başladırıq. İnanıram ki, Xəzər sahilinə səyahət
sərnişinlərimizin xoşuna gələcək”, – “Utair” Sərnişin Hava
Yollarının prezidenti Oleq Semenov deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























