Bakı. Trend:
“Qarabağ”ın futbolçusu Leandro Andrade karyerasını Türkiyədə
davam etdirməyə yaxındır.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, “Beşiktaş” kabo-verdeli yarımmüdafiəçini
bu yay heyətinə qatmağa qərar verib.
Türkiyə klubunun yeni baş məşqçisi Covanni van Bronkhorst
Andrade ilə müqavilə bağlanmasını istəyib. “Beşiktaş”ın
nümayəndələri 24 yaşlı futbolçunun agenti ilə danışıqlarda
irəliləyişə nail olub.
“Qarabağ” Leandronun gedişinin əleyhinədir. Ağdam klubu onun
transferi ilə bağlı danışıqlar aparmaq da istəmir.
Bu üzdən də “Beşiktaş” futbolçunun müqaviləsindəki sərbəstqalma
bəndindən yararlanmağı planlaşdırır. Anlaşmadakı bəndə görə Leandro
4 milyon avro qarşılığında komandadan gedə bilər.
Qeyd edək ki, Andradenin “Qarabağ”la müqaviləsi 2027-ci ilin
yayında başa çatacaq.





























