Advertisement

Ayaz Məhərrəmov saxlanıldı – Rəsmi AÇIQLAMA

Bakı. Trend:

AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz
Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən
saxlanılması ilə bağlı məlumatlar yayılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, iyunun 6-da
saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində
evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və
bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı
müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan
şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə
məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu
olması müəyyən edilib.

Fakt üzrə araşdırma aparılır.