
Bakı. Trend:
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş Katibi xanım Nqozi
Okonyo-İvealanı UNEC-də olub.
UNEC-in rektoru professor Ədalət Muradov, universitetin
professor-müəllim heyəti ilə keçirilən görüşdə ÜTT-nin Baş katibi
ilə yanaşı, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və ÜTT
Katibliyinin Azərbaycan üzrə İşçi Qrupunun sədri, Türkiyənin ÜTT
yanında daimi nümayəndəsi, səfir Alparslan Acarsoy da iştirak
ediblər.
Rektor prof. Ədalət Muradov ÜTT-nin Baş Katibinin UNEC-ə
səfərindən qürur duyduğunu bildirərək, bu görüşün və aparılacaq
müzakirələrin universitet üçün əhəmiyyətini vurğulayıb.
Baş Katib xanım Nqozi Okonyo Azərbaycanın ÜTT-yə üzvlüyü,
üzvolma prosesinin sürətləndirilməsi məqsədilə həyata keçirilən
tədbirlər, ticarət məhdudiyyətlərinin aradan qaldırılması, ticarət
vergilərinin azadılması, daxili ticarətin dayanıqlılığının təmin
edilməsi, Özbəkistanın bu istiqamətində təcrübəsi ilə bağlı
fikirlərini bölüşüb.
Çıxışlardan sonra iştirakçıların çoxsaylı sualları xanım Nqozi
Okonyo-İvealanı, nazir müavini Səməd Bəşirli, ÜTT Katibliyinin
Azərbaycan üzrə İşçi Qrupun sədri, səfir Alparslan Acarsoy
tərəfindən cavablandırılıb.





























