
Bakı. Trend:
Unibank taksi sürücülərinə POS-terminal
xidmətinə çox rahatlıqla- POS-terminal cihazı almadan, xidmət haqqı
ödəmədən və onlayn şəkildə qoşulmaq imkanı yaradıb. Bankın
keçirdiyi kampaniya çərçivəsində taksi sürücüləri onlayn UPOS xidmətinə həm çox asanlıqla, həm də
kampaniya müddətində 0 % komissiya ilə qoşula bilirlər. Məlumatları
xidmətə daxil edən zaman taksi fəaliyyəti göstərən sahibkarlar
vergi xidmətindən aldıqları virtual obyekt kodunu da əlavə
etməlidirlər.
Qeyd edək ki, UPOS -ödənişləri mobil telefon vasitəsilə qəbul
etmək üçün yaradılan POS-terminal xidmətidir.
UPOS-un əsas üstünlükləri:
• Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;
• 7/24 onlayn şəkildə qoşulma imkanı;
• Asanlıqla daşınabilən mobil cihazlardan istifadə
edirsiniz;
• Xidmət haqqı və aylıq ödəniş tələb olunmur.
UPOS-a qoşulmaq da çox asandır. Xidmətə istənilən vaxt qoşula
bilərsiniz. Telefonunuzdakı UBank Biznes mobil əlavəsinə daxil
olaraq, “UPOS” bölümündə ümumi məlumatları daxil edib, ödənişləri
qəbul edəcəyiniz hesabı seçirsiniz. Elektron müqaviləni
imzaladıqdan sonra sorğu tamamlanır və bankın təsdiqinin ardınca
ödənişləri istər öz mobil cihazınızda, istərsə də seçiminizə uyğun
digər əməkdaşlarınızın mobil cihazlarından qəbul edə
biləcəksiniz.
Xidmət haqqında ətraflı bankın saytından (https://unibank.az/az/corporatemenus/585/upos)
məlumat almaq olar.
“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi
saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”,
“Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları,
“Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi, eləcə də
“Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul
və xidmətləri haqqında ətraflı məlumatı (012) 117
nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index )
əldə etmək olar.



























