Advertisement

Rabitəbank ilə POS terminal sifarişi artıq məsafədən olub

Bakı. Trend:

Rabitəbank müştərilərinin rahatlığı üçün POS terminal, Elektron
ticarət, Smart Kassa və Mobil POS xidmətlərinin məsafədən
sifarişlərini təqdim edir. Belə ki, nağdsız ödənişlərin inkişaf
etdiyi dövrdə müasir və təhlükəsiz alış-veriş imkanlarından
yararlanmaq istəyən müştərilər POS terminal xidmətlərinin
sifarişini və rəsmiləşdirilməsini artıq banka gəlmədən rahat və
sürətli şəkildə istənilən yerdən İnternet Bankçılıq (İB) ilə edə
bilərlər. Müştərilər yalnız terminalın təhvil alınmasında fiziki
olaraq iştirak edəcəklər.

Bundan başqa, Rabitəbank məsafədən POS terminal, Elektron
ticarət, Smart Kassa və Mobil POS xidmətlərini sifariş edən biznes
müştəriləri üçün xüsusi kampaniya elan edib. Kampaniya müddətində
məsafədən Mobil POS sifarişi edən biznes müştərilərinə Kartmane
Biznes debit kartı hədiyyə verilir, həmçinin məsafədən POS terminal
sifariş edən biznes müştəriləri üçün ilk 6 ay xidmət haqqı
olmayacaq və depozit məbləğinə 50% endirim ediləcək.

Xidmət haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə
etmək olar: https://rbt.az/posterm

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla
ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi,
İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli
Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.