Advertisement

“Turan Tovuz” bombardiri ilə yeni müqavilə imzalayıb

Bakı. Trend:

“Turan Tovuz” daha bir futbolçusunu heyətində saxlayıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, komanda Oto Conla yeni müqavilə imzalayıb.

Razılıq növbəti 1 il üçün nəzərdə tutulub.

Nigeriyalı hücumçu 2023/24-cü illər mövsümündə 10 qolla
tovuzluların ən sərrast futbolçusu olub.