Advertisement

Milli Məclis dövlət büdcəsinə dəyişikliyi birinci oxunuşda qəbul edib

Bakı. Trend:

Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət
büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
müzakirə edilib.

Trend-in məlumatına görə, dəyişikliklər barədə Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir
Mirkişili və maliyyə naziri Samir Şərifov məlumat verib.

Qeyd edək ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində
gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq
olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz
çoxdur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.