Advertisement

Türkiyə bu tarixdən buğda idxalını müvəqqəti olaraq dayandıracaq

Bakı. Trend:

Türkiyə 2024-cü il 21 iyun – 15 oktyabr tarixləri ərzində ölkəyə
buğda idxalını dayandıracaq.

Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd və Meşə
Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, məhsul yığımı dövründə tədarük sıxlığı
səbəbindən istehsalçıların qiymətlərdəki ucuzlaşmanın təsirinə
məruz qalmasının qarşısını almaq, ixrac üçün nəzərdə tutulan xammal
tədarükünü yerli istehsalın hesabına qarşılamaq, eləcə də
istehsalçıların xeyrinə bazar sabitliyini təmin etmək məqsədilə
Ticarət Nazirliyi ilə birlikdə müəyyən tədbirlərinin görülməsi
qərara alınıb.

Bildirilib ki, bazar şərtlərindən asılı olaraq məhdudiyyətlərin
müddəti uzadıla bilər.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun