Advertisement

Bu şəxslər dörd min manat məbləğində cərimə ediləcək

Bakı. Trend:

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ilə normadan
artıq yük daşıyanlar cərimələnəcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar
Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat
vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa
düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha
artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20
metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün
kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli
şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat
məbləğində cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.