Advertisement

Azərbaycanda bu imtahan pullu olacaq

Bakı. Trend:

Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə
imtahan üçün ödəniş müəyyən olunacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında”
qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, imtahanda iştirak ödənişli olacaq. İmtahanda
iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbil edilib.