Advertisement

Daşkəsənin ucqar kənd sakinləri ilə növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Martın 15-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC)
Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi tərəfindən Daşkəsən
rayonunun ucqar Çovdar, Quşçu kəndləri, eləcə də digər yaşayış
məntəqələrindən olan sakinləri ilə növbəti görüş keçirilib.

Görüşdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, KSM
Komitəsinin sədri Xəyyam Fərzəliyev çıxış edərək, Səhmdar
Cəmiyyətin fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda,
xüsusilə istismar işləri həyata keçirilən mədənlərin yaxınlığında
yerləşən kənd və qəsəbələrin sakinlərinin sosial-iqtisadi
vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi
istiqamətində icra olunan layihələrdən danışıb. Səhmdar Cəmiyyət
tərəfindən cari ildə məşğulluğun artırılması, kənd təsərrüfatı,
səhiyyə, təhsilin inkişafı, ekologiya, idmanın populyarlığının
artırılması və digər istiqamətlərdə həyata keçiriləcək layihələr
barədə ətraflı məlumat verilib.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni
təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin
yerli sakinlərin qaldırdıqları məsələlər araşdırılması və mövcud
qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb,
müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, “AzerGold” QSC-nin KSM Komitəsi tərəfindən sosial
ehtiyacların müəyyənləşdirilməsi məqsədi ilə bölgə əhalisi ilə
ənənəvi görüşlərin təşkili davam etdiriləcək.