
Bakı. Trend:
PAŞA Sığorta yay fəslinə hazırlaşan avtomobil sahibləri üçün
xüsusi kampaniya elan edir. Kampaniya şərtlərinə əsasən,
06.06.2024-08.07.2024 tarixlərində Tam KASKO sığortası əldə edəcək
avtomobil sahibləri (tarixçəsi zərərli olan sürücülər istisna
olmaqla) öz avtomobilinin istehsal ilinə uyğun olaraq 24%-dək
endirim imkanı əldə edə biləcək. Avtomobilinin istehsal ili 2005-ci
il və daha yuxarı olan, sığorta haqqı 500 AZN-dən yüksək olan fərdi
müştərilərə avtomobilin istehsal ilinə uyğun endirim tətbiq
ediləcək. Nümunə olaraq, istehsal ili 2008-ci il olan avtomobillər
üçün 8% endirim, 2023-cü il olan avtomobilllər üçün 23% endirim
tətbiq ediləcək.
Tam KASKO əldə edən müştərilər hissəvi ödəniş imkanından
yararlanaraq avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya,
üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və
soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii
fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat
altına almış olacaqlar.
Kampaniya şərtləri barədə ətraflı məlumat https://cutt.ly/teinCh5J linkinə
keçid edə bilərsiniz.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı
məlumat üçün *7000 – Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya
və ya https://cutt.ly/istehsaliliendirimi
keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı,
avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri,
əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və
avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA
Sığorta şirkətinin rəsmi Facebook(https://www.facebook.com/pasha.insurance
) və ya Instagram (www.instagram.com/pasha_insurance/
) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə
bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri
olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA
Holding” qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ
və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət
göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi
“PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və
maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə
“Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta
yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri
ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindən





























