Advertisement

“Kəpəz” daha bir oyunçu ilə yollarını ayırıb

Bakı. Trend:

“Kəpəz” daha bir futbolçusu Vüsal Məsimovla vidalaşıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu klubun mətbuat xidməti yayıb.

Gəncə təmsilçisi müdafiəçisi ilə yollarını ayırıb. “Kəpəz”lə
futbolçu arasında imzalanmış müqavilənin müddəti başa çatıb və
uzadılmayıb.

Qeyd edək ki, Məsimov Premyer Liqa ilə yanaşı, I Divizionda da
“Kəpəz”in şərəfini qoruyub.