Bakı. Trend:
İndoneziyanın şərqindəki Nusa Tenqqara əyalətində cümə günü
torpaq sürüşməsi nəticəsində bir ailənin dörd üzvü həlak olub.
Trend xəbər verir ki, ilkin məlumata görə, təbii fəlakət Ende
bölgəsindəki Cənubi Revaranqqa kəndində yerli vaxtla səhər saat
5:30 radələrində baş verib.
Ende Polis İdarəsinin rəisi Sudarmin Syafrudin yerli mediaya
bildirib ki, əraziyə güclü yağış yağıb və hava şəraiti ilə əlaqədar
olaraq torpaq sürüşməsi baş verib.





























