Advertisement

ABŞ Ukraynaya 225 milyon dollarlıq hərbi yardım ayırıb

Bakı. Trend:

ABŞ Ukraynaya 225 milyon dollarlıq hərbi yardım paketinin
ayrılacağını bəyan edib.

Trend xəbər
verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Parisdə Ukrayna
prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

Məlumata yeni yardım paketinə “HIMARS” çoxsaylı buraxılış raket
sistemləri üçün sursatlar, “Stinger” zenit raketləri, Rəsmilər,
“Hawk” hava hücumundan müdafiə raketləri, qaubitsalar, zirehli
texnika, patrul katerləri, eləcə də, “Javelin” tank əleyhinə raket
sistemləri və digər silahlar daxildir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun