Advertisement

Bayden hərbi yardımın ləngiməsinə görə Zelenskidən üzr istəyib

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden hərbi yardımın gecikməsinə görə Ukrayna
prezidenti Volodimir Zelenskidən üzr istəyib.

Trend xəbər
verir ki, Bayden bu barədə Parisdə Zelenski ilə görüşdə deyib.

Onun sözlərinə görə, yardımın gecikməsinə qanun layihəsinin
qəbulu ilə bağlı problem səbəb olub.

“Biz hələ də tamamilə və hərtəfəli olaraq sizin yanınızdayıq”, –
ABŞ prezidenti deyib.

Qeyd edək ki, Co Bayden bugünkü görüşdə ABŞ-nin Ukraynaya 225
milyon dollarlıq hərbi yardım paketi ayıracağını bəyan edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun