Advertisement

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyunun 8-də gecə və səhər
şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi
gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında iyunun 8-dən 11-dək
bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı
gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy,
Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan,
Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü
olacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s, ayrı-ayrı
yerlərdə 20-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi
çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.