Bakı. Trend:
8 iyun saat 10:00-dan etibarən Bakı şəhəri, Atatürk prospektində
(Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək), 10
iyun saat 10:00-dan etibarən isə Bakı şəhəri, Suraxanı rayonu,
Səttar Bəhlulzadə küçəsində (Heydər Əliyev prospektindən “Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunadək) təmir işlərinə
başlanılacaq.
Trend
AAYDA-ya istinadən məlumat verir ki, təmir müddətində sözügedən
hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən
məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir
müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli
olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının
tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş
olunur.





























