Advertisement

ABŞ-nin sanksiyalarından qorxmuruq – Gürcüstan meri

Bakı. Trend:

Tbilisi meri Kaxa Kaladze ABŞ-nin sanksiyalarını qeyri-ciddi
adlandırıb.

Trend xəbər
verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

“Heç kim bu sanksiyalardan qorxmur. Söhbət ölkəmizin
maraqlarından və sabahından gedəndə bu bizim qərarımızı dəyişmir.
Biz bunu bir dəfə demişik, bir daha təkrar edirəm: bütün bunlar
qeyri-ciddidir”, – o deyib.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin
şəffaflığı haqqında” qanun layihəsini yekun, üçüncü oxunuşda qəbul
edib. Qanun layihəsi xarici maliyyələşdirilməsi 20 faizi ötən QHT
və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il
bəyannamə doldurmasını tələb edir.

Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də qanun
layihəsinə veto qoyduğu üçün iyunun 6-da Gürcüstan parlamentinin
spikeri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsini imzalayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun