
Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL cari ilin 07 iyun
tarixində Bolqarıstanın paytaxtı Sofiyaya ilk reysini həyata
keçirib.
Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov,
Milli Məclisin deputatı, Bolqarıstanla parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, SOF Connect şirkətinin baş
direktoru Xesus Kabalero, aviaşirkətin Avropa regionu üzrə Satış və
Əməkdaşlıq Departamentinin nümayəndəsi Kamran Qacar, həmçinin rəsmi
qonaqlar və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə
dövlətlərarası əlaqələrin gücləndirilməsi üçün Azərbaycan ilə
Bolqarıstan arasında birbaşa aviareyslərin açılmasının vacibliyi
vurğulanıb.
Bu istiqamətin açılması iki tarixi zəngin ölkə arasında turizmin
inkişafı və mədəni mübadilə üçün yeni imkanlar yaradacaq.





























