Advertisement

Fransada pensiya islahatları ilə bağlı etiraz nümayişləri və tətillər yenidən başlayır

Bakı. Trend:

Fransa Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqı
(CGT) ölkədə pensiya islahatları ilə bağlı yenidən etiraz
nümayişlərinə və tətillərə başlandığını elan edib.

Trend xəbər verir ki, liman işçiləri və dokerlər iyunda 14
günlük tətilə başladıqlarını bəyan ediblər.

İyunun 7-dən liman əraziləri bağlanaraq üç gün davam edəcək “ölü
limanlar” əməliyyatına başlanılıb.

Tətilçilər iyul ayında mübarizələrinin daha da
gücləndiriləcəyini istisna etmirlər. Hökumətin onların
səfərbərliyinə şübhə ilə yanaşdığını deyən Limanlar və Dokerlər
Federasiyası həmkarlar ittifaqının baş katibi artıq bütün liman
işçilərinin və dokerlərin bir araya gəldiklərini vurğulayıb.

Prezident seçkiləri kampaniyası zamanı E.Makronun verdiyi vədə
əməl etməməsi liman işçilərini qəzəbləndirib.

“Respublika prezidenti aydın şəkildə demişdi ki, pensiya
islahatı liman işçilərinə və dokerlərə şamil edilməyəcək”, – deyə
özlərini xəyanətə uğramış hiss edən həmkarlar ittifaqları mətbuata
açıqlamalarında bildiriblər.