Advertisement

Xaçmaz İcra Hakimiyyətinin başçısı və üç nəfər rayon ziyalısı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və üç
nəfər rayon ziyalısı “Heydər Əliyevin 100 illiyi (1923-2023)”
yubiley medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
2024-cü il 2 fevral tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Rzayev Elnur Şahbaz oğlu, Azərbaycan Dövlət
İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz
Rayon Komitəsinin sədri Məmmədov Tahir Əliməmməd oğlu, Rayon
Ağsaqqallar şurasının sədri Abasov Məhərrəm Əbilfərz oğlu və Rayon
Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Mustafayev Əli Rza oğlu
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif
edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev hər üç şəxsə
təltif olunduqları medalı təqdim edib. Ziyalılar göstərilən etimada
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını bildirib, bundan sonrada Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği
istiqamətində əzmlə çalışaçaqlarını vurğulayıblar.