Advertisement

Stoltenberqin Cənubi Qafqazda müzakirə edəcəyi məsələlər AÇIQLANDI

Bakı. Trend:

Bu dəfə NATO Baş katibi Yens Stoltenberqə Azərbaycan, Ermənistan
və Gürcüstana tarixi səfərdə müşayiət edərək Qafqaza qayıtmaq
xoşdur.

Trend-in məlumatına görə, bunu NATO baş
katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer
Kolomina “X” platformasında yazıb.

“İkitərəfli əməkdaşlıq, Ukraynaya dəstək və regional
təhlükəsizlik, o cümlədən, Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşdırılması müzakirə olunacaq”, – deyə o
əlavə edilib.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də
Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.