Bakı. Trend:
2024-cü ilin mayından bəri Günəşin aktivliyi kəskin artıb.
Trend xəbər verir ki, bu
barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiya
laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Günəş-Yer
Fizikası İnstitutunun mütəxəssisləri məlumat veriblər.
Bildirilib ki, aktivlik 25-ci Günəş dövrünün başlanğıcından bəri
ən yüksək göstəriciyə çatıb və 24-cü dövrün göstəricilərini xeyli
keçib.
Günəş aktivliyinin səviyyəsi 2023-cü ilin yayından 12 dəfə
yüksək olmaqla 172-yə çatıb.
Qeyd edək ki, 24-cü Günəş dövrü 2008-ci ildən 2018-ci ilə qədər
davam edib, 25-ci Günəş dövrü isə 2019-cu ildə başlayıb və 2025-ci
ilin iyulunda onun pik həddə çatması gözlənilir.





























