Advertisement

Azərbaycanda pensiyaya çıxmaq asanlaşacaq – Yeni qanunun əhəmiyyəti

Bakı. Trend:

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən,
vətəndaşlarımızın bir neçə pensiya hüququ yaranacaq.

Bunu Trend-ə Milli
Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, vətəndaşların xüsusi pensiya hüququ, sosial
kapitala görə yaranır.

“Belə olan halda onların pensiyası pro-aktiv olaraq müəyyən
olunacaq, yəni elektron məlumatlar üzərindən
müəyyənləşdiriləcək.

Qanuna dəyişikliyin ikinci mühüm əhəmiyyəti ondan ibarətdir ki,
prosedurlar azalır, elektronlaşma artır. Bu da imkan verəcək ki,
həm pensiya təyinatında şəffaflığı artırmaq mümkün olsun, həm də
elektron prosesdurlara əməl olunduğu üçün daha qısa zamanda
vətəndaşın pensiya təminatı həyata keçirilsin. Yəni pensiya
təyinatı üçün tələb olunan günlər və xərclər azalacaq.
Vətəndaşlarımızın əksəriyyəti elektron sistem üzərindən pensiya
təminatı əldə edə biləcəklər”, – deyə deputat əlavə edib.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyunun 7-də
keçirilən plenar iclasında üçüncü oxunuşda qəbul edilib.