Bakı. Trend:
Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyəsi və çirkli
pulların yuyulmasında şübhəli bilinən 4 ayrı mütəşəkkil cinayətkar
dəstəyə qarşı “KUYU-4” əməliyyatı keçirilib.
Trend xəbər
verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya
“X” sosial şəbəkəsində məlumat paylaşıb.
Məlumata görə, mütəşəkkil cinayətkar dəstələrin rəhbərləri
saxlanılıb. Saxlanılan şəxslərin Türkiyədə və onun hüdudlarından
kənarda həyata keçirilən əməliyyatlar çərçivəsində əldə olunan
toplam 3 ton 367 kq narkotik vasitəyə görə məsuliyyət daşıdığı
müəyyən edilib.
Bundan başqa, “KUYU-4” əməliyyatı çərçivəsində sözügedən
mütəşəkkil cinayətkar dəstələrin 62 üzvü də saxlanılıb.





























