Bakı. Trend:
İsveçrənin istehsalı olan “Microlino” elektromobili bu ayın
sonunda İsveç bazarında satışa çıxarılacaq.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu nəqliyyat vasitəsini avtomobil
adlandırmaq da çətindir, o, daha çox “B” kateqoriyasına aid olan
sürücülük vəsiqəsi ilə idarə ediləcək dördtəkərli
motosikletdir.
Məlumata görə, uzunluğu 2,5 metr, eni isə 1,5 metr olan
“Microlino” elektromobilinin çəkisi 600 kiloqramdır və onun
maksimal sürəti saatda 90 kilometrlə məhdudlaşdırılıb.
“Microlino” elektromobilinin batareya ehtiyatı 228 kilometrlik
məsafəyə nəzərdə tutulub və standart rozetka ilə 4 saat ərzində
şarj olunur. Kompakt formasına baxmayaraq, onun içərisində iki
nəfər otura və iki çanta qoyula bilər. Elektromobilin start qiyməti
25 600 avrodur.





























