Advertisement

“Qafqaz Qartalı – 2024”: Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimində gecə vaxtı tapşırıqlar icra edilib

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin
iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” təlimi
davam edir.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, təlimin planına uyğun olaraq, hər üç ölkənin
xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif
maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və
onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə
yetiriblər.

“Qafqaz Qartalı – 2024” birgə təlimi iyunun 12-dək davam
edəcək.