
Bakı. Trend:
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin
Pakistanla sərhəd Hirmənd məntəqəsində naməlum silahlıların atəş
açması nəticəsində İranın sərhəd alayının bir əsgəri güllələnərək
öldürülüb.
Trend-in məlumatına görə, bu haqda İranın Sistan və Bəluçestan
vilayətinin sərhəd mühafizə xidməti məlumat yayıb.
İranla Pakistan sərhədində sərhədin qarşı tərəfindən atəş
açılması nəticəsində əsgər Məhəmməd Cavad Bəyanati ölüb.
Hadisə ilə əlaqədar əlavə məlumat verilməyib.





























