Advertisement

Prezident İlham Əliyev: Azərbaycanla Misir arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

Qahirə. Trend:

Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi
bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ ki, bizi qane
etmir.

Trendxəbər verir ki, bu
sözləri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti
Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında deyib.

“Bu gün imzalanmış sənədlər və əldə edilmiş razılaşmalar əminəm
ki, bu istiqamətdə də bizə kömək edəcək”, – deyən dövlətimizin
başçısı vurğulayıb ki, ilk növbədə, energetika, bərpaolunan enerji
növlərinin istehsalı sahəsində, neft sənayesi sahəsində, əczaçılıq,
alüminium sənayesi və digər sahələrdə əminəm ki, yaxşı nəticələr
əldə etmək mümkün olacaq.