
Qahirə. Trend:
Cənab Prezidentə (Prezident İlham Əliyevə – red.) Cənubi
Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində
səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha
bildirdim.
Trend xəbər verir ki, bu
sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti
İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Bu səylərin region ölkələrinin və xalqlarının inkişafı üçün
böyük töhfə olacağını vurğulayan Misir Prezidenti deyib: “Həmçinin
cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli
əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq”.





























