Advertisement

Şamaxıda Hava Şarları Festivalı keçirilir (FOTO/VİDEO)

Bakı. Trend:

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon
Festival) keçirilir.

Trend xəbər verir ki, bu gün
səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda
olan hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti
tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi
ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun
turizm potensialına töhfə verməkdir.

ava şarlarında turist uçuşları hələ ki, həyata keçirilmir. Lakin
yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi
nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək
imkanı olub.

Saat 16:00-dan isə festivalın bədii proqramı start götürəcək.
iTicket.az saytı vasitəsi ilə tədbirdə qeydiyyatdan keçən şəxslər
axşam saatlarınadək Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi
ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyə biləcək.
Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak
etmək, müxtəlif kafe və restoranların iştirakı ilə təşkil edilən
yemək zonalarına qatılmaq olar.