Advertisement

ABŞ qoşunlarını Nigerdən çıxarmağa başlayıb

Bakı. Trend:

ABŞ qoşunlarını Nigerdən çıxarmağa başlayıb.

Trend-in məlumatına görə, bu barədə Nigerin quru qoşunlarının
qərargah rəisi, polkovnik Mamane Sani Kiau bildirib.

“ABŞ rəsmi olaraq qoşunlarını Nigerdən çıxarmağa başlayıb. Artıq
269 hərbi qulluqçu və 946 ton hərbi texnika ölkəmizi tərk edib”, –
deyə o bildirib.

Qeyd edək ki, Amerika kontingentinin çıxarılmasına dair razılıq
bu il mayın ortalarında Niger və ABŞ Müdafiə Nazirliyinin nümayəndə
heyətləri arasında aparılan danışıqlarda əldə olunub.