Advertisement

NATO Avropada ən böyük hərbi bazasını tikir

Bakı. Trend:

Rumıniyada NATO-nun ən böyük hərbi bazasının tikintisi
başlayıb.

Trend xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bazanın NATO-nun Rumıniyanın cənub-şərqindəki aviabazasının
genişləndirilməsi hesabına yaradılacağı qeyd olunub. Rumıniya
hökuməti bu məqsədlə 2,5 milyard avro vəsait ayırıb.

“2,5 milyard avro dəyərində layihəyə uçuş-eniş zolaqları, silah
platformaları, hərbi təyyarələr üçün anqarlar, eləcə də məktəblər,
uşaq bağçaları, mağazalar və hətta xəstəxana da daxildir”, –
məlumatda qeyd olunub.

Genişləndiriləndən sonra bazanın sahəsinin 2,8 min hektar
olacağı bildirilir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun