Advertisement

Hakan Fidan İsmayıl Haniyə ilə görüşüb

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi bürosunun
rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə Xarici İşlər Nazirliyinin “X” sosial media şəbəkəsində
paylaşım edilib.

Hakan Fidan Türkiyə-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Yüksək
Səviyyəli Strateji Dialoq Xarici İşlər Nazirlərinin 6-cı
Toplantısında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya gedib.