Advertisement

Qurban Qurbanovu kim harada görür? – İdman.biz TV (VİDEO)

Bakı. Trend:

Avropa Liqasında uğurlu çıxış edən “Qarabağ” “köhnə qitə”nin ən
çox danışılan klublarından birinə çevrilib.

Trend xəbər verir ki,
İdman.biz
TV qazanılan nailiyyət Azərbaycan çempionunun bir çox
futbolçularına təkliflərin də gəlməsinə səbəb olub. Təbii ki,
uğurun memarı, futbolumuzu Avropaya tanıdan Qurban Qurbanov da
diqqətdən kənarda qalmayıb. Onu baş məşqçi postunda görmək istəyən
klubların sayı isə durmadan artır.

Maraqlıdır, şəhər sakinləri 52 yaşlı mütəxəssisi hansı klubda
görmək istəyirlər? Əməkdaşımızın paytaxtda keçirdiyi sorğuda
respondentlərin çoxu Qurbanovun “Qarabağ”da işini davam
etdirməsinin tərəfdarıdır. Təcrübəli mütəxəssisi yığmanın və xarici
klubların “sükanı arxasında” görmək istəyənlər də olub.

https://www.youtube.com/watch?v=QPCBxDrWF5E