Advertisement

Azərbaycanın kişi basketbol millisi Avropa Kubokunda finala vəsiqə qazanıb

Bakı. Trend:

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol millisi Avropa
Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.

Trend-in
məlumatına görə, Kosovonun paytaxtı Priştina şəhərində təşkil
olunan mərhələdə kişi yığmamız İrlandiya seçməsi ilə üz-üzə
gəlib.

Rəqibini 21:12 hesabı ilə üstələyən milli komanda finala vəsiqə
qazanıb.

Azərbaycan kollektivinin həlledici mərhələdəki rəqibi Kipr
yığması olacaq. Final qarşılaşması Bakı vaxtı ilə saat 22:15-də
start götürəcək.