Advertisement

Bakı metrosunda sərnişin vəfat edib

Bakı. Trend:

Bakı metrosunda sernişin dünyasını dəyişib.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat
verilib.

“Qatardan düşərək “Koroğlu” stansiyasını tərk edən kişi sərnişin
özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb. Dərhal
təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə, 45-50
yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını
dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını
təsdiq edib”, – deyə bildirilib.